Texnikalar

Texnikalar

XÜSUSİ TƏYİNATLI TEXNİKALAR

       Şirkətimiz bazarda dağ-mədən və sənaye avadanlıqlarla yanaşı, xüsusu təyinatlı texnikaların satışını və servisini də təmin edir.
       Bu məqsədlə,  öz alıcılarımıza xüsusi təyinatlı texnikaların əlverişli və münasib şərtlərlə alınmasında yüksək xidmət və geniş çeşidli seçim şəraiti yaradırıq. Beləki, dünyada tanınmış istehsalçıların brend ehtiyyat hissələrini bir texnika üzərində cəmləşdirmək imkanlarına da malikdir. İstehsalçıların zavodlarında təlim keçən əməkdaşlarımız təklif etdiyimiz bütün texnikaların texniki göstəricilərini, iş prinsiplərini mükəmməl bildikləri üçün alıcılara həmin texnikaların hansı iş şəraitində işləyəcəklərinə uyğun seçim etməkdə böyük dəstək verirlər. 
        Şirkətimizin öz daxili imkanları hesabına logistika şöbəsi olduğuna görə, bütün gətirilən texnikalar bizim tərəfimizdən izlənilir və alıcının ünvanına tam  salamat çatdırılır. Satılan texnikalara texniki xidmət və ehtiyyat hissələri ilə vaxtında təmin olunma bizim əsas missiyamızdır.
        Alıcılara yüksək xidmət məqsədilə, texnikaların kredit və lizinq şərtilə alınmasında da bizim tərəfimizdən yaxından köməklik göstərilir.
       Əməkdaşlıq etdiyimiz istehsalçıların hər illik aparılan təkmilləşdirmə proqramı digər istehsalçılarla uğurlu rəqabət aparmağa zəmin yaradır. Təklif etdiyimiz texnikalar dünya standartlarına cavab verən bir sıra  keyfiyyət sertifikatlarıla təltif olunmuşdur. Bu da həmin texnikaların tam keyfiyyətli və uzun müddətli istismarına tam zəmanət verir.
Təklif etdiyimiz xüsusi təyinatli texnikalarin siyahısı aşağıdakı kimidir:
• Sepli ekskavator
• Təkərli ekskavator
• Yükləyici-ekskavator
• Katok
• Buldozer
• Avtoqreyder
• Avtokar (dizel, elektrik)
• Yükləyici (KON)
• Yükboşaldan (Samosval)
• Beton qarışdırıcı
• Avtokran
• Sepli kran
• Güllə kranı
• Beton vuran maşın
• Qaldırıcı platforma
• Port (liman) avadanlıqları və texnikaları və s.
Qeyd edək ki, xüsusi təyinatli texnikalarin texniki parametrləri və bütün özəllikləri sorguya əsasən geniş formada Sizlərə təqdim olunacaq