Haqqımızda

Bildiyimiz kimi, Azərbaycan Respublikası zəngin faydalı qazıntı ehtiyatlarına malikdir. Aparılmış kəşfiyyat işlərinin miqyasına və yataqların işlənmə səviyyəsinə görə bu faydalı qazıntılar arasında ilk yeri neft və qaz tutur. Bundan başqa respublika ərazisində digər faydalı qazıntı ehtiyatları da mövcuddur. Respublikamızın müxtəlif rayonlarında  çoxlu  sayda  filiz faydalı qazıntıları,  o  cümlədən  dəmir  filizi,  alunit,  mis,  kobalt,  qızıl,  civə, molibden, volfram, qurğuşun, sink yataqları aşkar edilmişdir.

Bundan başqa digər faydalı qazıntıların varlığı ilə əlaqədar olaraq kəşfiyyat işləri də aparılmış və nəticədə bir sıra müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları da aşkar edilmişdir. Bunlara Mişar daşı, Üzlük daşı, Gil, Sement xammalı, Əhəngdaşı, Qırmadaş, Qum-çınqıl, Qum, Bitumlu qumlar, Perlit, Pemza, Gips, Anhidrit, Gəc, Bentonit gilləri, Xörək duzu, Dolomit, Kvarsitlər, Flyus və Soda üçün əhəng daşı, Keramika  xammalı,  Mineral  boya  (gilli  oxra),  Kvars  qumları,  Barit,  Çini  daşı,  Kükürd,  Islandiya  şpatı, Odadavamlı və çətinəriyən gillər, Şüşə istehsalı üçün xammal, Seolit yataqları aid edilir. Faydalı  qazıntıların  zənginliyi, onların  ərazisində  kiçik  ölçülü  dağ-mədən  çıxarma  və  dağ-mədən zənginləşdirmə müəssisələri qurulmasına şərait yaratmışdır. Sovet və Postsovet dövrlərində lazimi investisiyanın çatışmamazlığı bu yataqlardakı hasilatın dayandırılmasına səbəb olmuşdur. Dağ-mədən sənayesində yataqların sənaye əhəmiyyətli işlənməsinə əsasən XX əsrin ikinci yarısından etibarən başlanmışdır.

Hazırkı dövrdə Respublikamızda əldə edilmiş dinamik inkişaf tempi hər bir sahəyə olduğu kimi, dağ-mədən sənayesində də öz əksini tapır. 11 fevral 2004-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının inkişafı Dövlət Proqramı” ölkədə qeyri-neft sektorunun inkişafı,  sosial-iqtisadi  inkişafın  bütün  ölkə  ərazisində  tarazlığının  təmin  edilməsi,  regionların  mövcud potensialında səmərəli istifadə edilməsi, investorların regionlara cəlb olunması və bu kimi amillər dağ-mədən sənayesinin inkişafına da şərait yaradır. Bununla əlaqədar, Azərbaycanın yataqları üçün müasir tеxnоlоgiyaya əsaslanan  istehsal  üsullarının  işlənməsi,  əsaslandırılması  və  tətbiqi  mühüm  əhəmiyyət kəsb edir.  Bu iqtisadi cəhətdən  çox  əlverişli olmaqla  yanaşı,  həm də  ətraf  mühitə  ziyan  vurmadan  faydalı qazıntıların kоmplеks çıxarılmasına şərait yaradır.

Bu məqsədlə, Sizlərə yeni texnologiyalarla daimi əlaqə, servis, ətraf-mühitin dünya standartlarına uyğun mühafizəsi prinsiplərinə əsaslanan dağ-mədən sənayesi avadanlıqlarını təklif edirik.

Təklif etdiyimiz iri və orta tipli avadanlıqlar güclü istehsala malik istehsalçılar tərəfindən ölkəmizə ixrac edilir və ya yerli istehsal şəraitimizdə istehsal olunur.  Bu avadanlıqlara tez-tez material üyüdən zavodlarda, sement zavodlarda, əhəng zavodlarda, polad metal yayıcı zavodlarda, nəcib metalların zənginləşdirilməsi müəssisələrində, kimyəvi zavodlarda və tikinti materiallarının istehsalı müəssisələrində rast gəlmək olar. Avadanlıqlar üzərində hər illik aparılan təkmilləşdirmə proqramı digər istehsalçılarla uğurlu rəqabət aparmağa zəmin yaradır. İstehsal etdiyimiz məhsullar “qiymət-keyfiyyət” prinsipinə arxalanır. Məhsullarımız dünya standartlarına cavab verən keyfiyyətli məhsul kimi bir sıra sertifikatlarla təltif olunmuşdur.