Tərəfdaşlar

  • logo
  • logo
  • logo
  • logo
  • logo
  • logo
  • logo

Ana səhifə

Bildiyimiz kimi, Azərbaycan Respublikası zəngin faydalı qazıntı ehtiyatlarına malikdir. Aparılmış kəşfiyyat işlərinin miqyasına və yataqların işlənmə səviyyəsinə görə faydalı qazıntılar arasında ilk yeri neft və qaz tutur. Bundan başqa respublika ərazisində digər faydalı qazıntı ehtiyatları da mövcuddur. Respublikamızın müxtəlif rayonlarında çoxlu sayda filiz faydalı qazıntıları, o cümlədən dəmir filizi, alunit, mis, kobalt, qızıl, civə, molibden, volfram, qurğuşun, sink yataqları aşkar edilmişdir. 

Bundan başqa digər faydalı qazıntıların varlığı ilə əlaqədar olaraq kəşfiyyat işləri də aparılmış və nəticədə bir sıra müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları da aşkar edilmişdir. Bunlara Mişar daşı, Üzlük daşı, Gil, Sement xammalı, Əhəngdaşı, Qırmadaş, Qum-çınqıl, Qum, Bitumlu qumlar, Perlit, Pemza, Gips, Anhidrit, Gəc, Bentonit gilləri, Xörək duzu, Dolomit, Kvarsitlər, Flyus və Soda üçün əhəng daşı, Keramika xammalı, Mineral boya (gilli oxra), Kvars qumları, Barit, Çini daşı, Kükürd, Islandiya şpatı, Odadavamlı və çətinəriyən gillər, Şüşə istehsalı üçün xammal, Seolit yataqları aid edilir. 

Faydalı qazıntıların zənginliyi, onların ərazisində kiçik ölçülü dağ-mədən çıxarma və dağ-mədən zənginləşdirmə müəssisələri qurulmasına şərait yaratmışdır. Sovet və Postsovet dövrlərində lazimi investisiyanın çatışmamazlığı bu yataqlardakı hasilatın dayandırılmasına səbəb olmuşdur. Dağ-mədən sənayesində yataqların sənaye əhəmiyyətli işlənməsinə əsasən XX əsrin ikinci yarısından etibarən başlanmışdır. 

Hazırkı dövrdə Respublikamızda əldə edilmiş dinamik inkişaf tempi hər bir sahəyə olduğu kimi, dağ-mədən sənayesində də öz əksini tapır. 11 fevral 2004-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının inkişafı Dövlət Proqramı" ölkədə qeyri-neft sektorunun inkişafı, sosial-iqtisadi inkişafın bütün ölkə ərazisində tarazlığının təmin edilməsi, regionların mövcud potensialında səmərəli istifadə edilməsi, investorların regionlara cəlb olunması və bu kimi amillər dağ-mədən sənayesinin inkişafına da şərait yaradır. Bununla əlaqədar, Azərbaycanın yataqları üçün müasir texnologiyaya əsaslanan istehsal üsullarının işlənməsi, əsaslandırılması və tətbiqi mühüm əhəmiyyət kəsb edir. Bu iqtisadi cəhətdən çox əlverişli olmaqla yanaşı, həm də ətraf mühitə ziyan vurmadan faydalı qazıntıların kompleks çıxarılmasına şərait yaradır. 

Bu məqsədlə, Sizlərə yeni texnologiyalarla daimi əlaqə, servis, ətraf-mühitin dünya standartlarına uyğun mühafizəsi prinsiplərinə əsaslanan dağ-mədən sənayesi avadanlıqlarını təklif edirik. 

Təklif etdiyimiz iri və orta tipli avadanlıqlar güclü istehsala malik istehsalçılar tərəfindən ölkəmizə ixrac edilir və bu avadanlıqlara tez-tez material üyüdən zavodlarda, sement zavodlarda, əhəng zavodlarda, polad metal yayıcı zavodlarda, nəcib metalların zənginləşdirilməsi müəssisələrində, kimyəvi zavodlarda və tikinti materiallarının istehsalı müəssisələrində rast gəlmək olar. Güclü istehsal bazasına malik olan bu zavodlar dünyanın bir çox ölkələrinə dağ-mədən sənayesi avadanlıqları ixracatına görə ən qabaqcıl şirkətlərdəndir. Avadanlıqlar üzərində hər illik aparılan təkmilləşdirmə proqramı digər istehsalçılarla uğurlu rəqabət aparmağa zəmin yaradır. İstehsal etdiyimiz məhsullar "qiymət-keyfiyyət" prinsipinə arxalanır. Məhsullarımız dünya standartlarına cavab verən keyfiyyətli məhsul kimi bir sıra sertifikatlarla təltif olunmuşdur. 

Nəzərinizə çatdırırıq ki, bir çox istehsalçılar öz rahatlıqları naminə və ən əsası ehtiyyat hissələrinin istehsalı şəraiti olmadığına görə ehtiyyat hissələrini digər istehsal edən firmalardan və ya mini-sexlərdən alırlar. Belə olduğu halda, hər zaman həmin ehtiyyat hissələrinin tərkibi, keyfiyyət parametrlərini laboratoriyalarda yoxlamaq mümkün deyil. Ancaq bizim Sizlərə təklif etdiyimiz məhsulların ehtiyyat hissələrini istehsalçılarımız öz imkanları daxilində yüksək texnologiyalı dəzgahlarda istehsal edirlər. Bu da həmin avadanlıqların tam keyfiyyətli və uzun müddətli istismarına tam zəmanət verir.