Bu press-filtrlər sənayedə şlam nasosundan gələn maye axını sıxmaqla filtirləyir və nəmliliyin aşağı salınmasını təmin edir. Filtrləmə sahəsi avadanlıqların istehsal gücündən asılı olaraq, 20-1000m2 qədər dəyişir.
Bu tip avadanlıqlar kimya sənayesi, əlvan metalların zənginləşdirilməsi fabriklərində (konsentrat), dərman istehsalı, metallurgiya, şərabçılıq, hətta çirkab suların təmizlənməsi sahəsində belə geniş istifadə olunur.
Bu avadanlıqların quraşdırılması, ehtiyyat hissələri (filtr-parça, plitə, membran, rezin, plastik, və s.) ilə təmin olunması, servis xidməti üzrə böyük təcrübəyə malikik. Belə ki, Qazaxstan Respublikasının Şərqi Qazaxstan və Karaqanda Vilayətində “KAZ MİNERALS” və “KAZZİNC” şirkətlər qrupuna aid olan bir neçə zənginləşdirmə fabriklərində Bilfinger, Metso, Dieffenbach, Diemme, Larox və s. kimi brend press-filtrlərə illik servis xidməti göstərmişik.
Bildiyimiz kimi, avadanlıqların normal və davamlı işləməsini keyfiyyətli ehtiyyat hissələri təmin edir. Bununla yanaşı, həmin ehtiyyat hissələri daim “stock”da olmalıdır. Avropa istehsalçılarının iş normativləri fərqli olduğu üçün, bəzən ehtiyyat hissələrinin istehsal və çatdırılma müddəti 6-7 aya qədər çəkir və ya vaxtında təmin olunmur. Bu cür hallar fabriklərdə boşdayanmalara və nəticədə böyük iqtisadi itkilərə səbəb olur.
Bizim əməkdaşlıq etdiyimiz istehsalçı şirkətlər yuxarıda sadaladığımız bütün brendlərin həm original, həm də analoq ehtiyyat hissələrini yüksək keyfiyyətdə çox qısa zamanda Sifarişçiyə təhvil verilməsini zəmanətlə təşkil edir. Bu əsas amil hər zaman bizi digər konkurentlərimizdən daima fərqləndirib.