Avadanlıqların daşınmasının təşkili

Avadanlıqların daşınmasının  təşkili

Logistika – məhsulun  hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesinə deyilir. Logistika anlayışına  nəqliyyat, xidmət, anbar, materialların komplektləşdirilməsi və hərəkət xəttinin təhlükəsizliyi haqqında informasiyalar da daxildir. 

Şirkətimizin Logistika departamenti,  alınan avadanlıqların qabarit və çəkilərini dəqiq hesablayaraq, istənilən nəqliyyat vasitələri  ilə Müştərilərimizin ünvanına çatdırır. Daşınma prosesinin öz nəzarətimizdə olması avadanlıqların zədələnmədən çatdırılmasına tam zəmanət verir.