Şlam nasos

Şlam nasos
Şlam nasos

Sənaye nasosları - onların köməyi ilə xəndəklər, tikinti çuxurları, çökəkliklərdə su qurudulur, neft çamuru, karxana və çay qumu , pulpa və turşu tərkibli şlaklar, sorularaq çıxarılır. Sənaye nasoslarının geoloji-kəşfiyyat və dağ-mədən işlərində əhəmiyyəti əvəzsizdir.

Maksimum xidmət müddəti və istismar rahatlığı ilə səmərəli, fasiləsiz işləməyi təmin edən düzgün nasos seçmək üçün, vurulan mayenin fiziki-kimyəvi xüsusiyyətlərinə, tərkibindəki qatı maddələrin ölçüsünə diqqət yetirmək lazımdır.

Bildiyimiz kimi, yuxarıda adları sadalanan sənaye sahələrində METSO, Warman, Walmax, ГрАТ, ГрАК, ГрАР, ПРВ kimi Avropa, Çin və Rusiya brendləri əsas üstünlük tutur. 

Adları sadalanan bütün model nasosları və onların da original və analoq ehtiyyat hissələrini keyfiyyətli və operativ şəkildə təmin olunmasını təşkil edirik.